Olainfarm SC

“Olainfarm”  Səhmdar Cəmiyyəti  – Baltikyanı ölkələrdə  dərman maddələrinin və kimya - əczaçılıq məhsullarının istehsalında 40 ildən artıq təcrübəyə malik olan iri müəssisələrdən biridir. 

Şirkət 1972-ci ildə “Olayn kimya - əczaçılıq zavodu” dövlət müəssisəsi kimi yaradılmışdır. Zavodun yaradılmasının əsas məqsədi  Sovet İttifaqının hazır dərman formalarının istehsalı ilə məşğul olan bütün zavodlarının əczaçılıq substansiyaları və yarımfabrikatlarla təmin edilməsi idi. 1997-ci ildə özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyətinə çevrildi və Riqa Fond birjasında səhmlərin kotirovkasına başlanıldı.

Hazırda Olainfarm SC – əczaçılıq sahəsində Latviyanın və digər Baltikyanı ölkələrin mühüm nümayəndələrindən biridir, bu şirkətdə 1000-dən artıq yüksəkixtisaslı mütəxəssislər çalışır. Şirkət beynəlxalq təcrübə sahəsindən müasir texnologiyalara malikdir və dərman istehsalının lazımi istehsalat təcrübəsinə (GMP) uyğunluğu sertifikatına, İSO 14001:2004 standartına ekoloji uyğunluq sertifikatına malikdir, habelə ABŞ təftiş standartına (FDA) müvafiq olaraq sertifikatlaşdırılmışdır.