Allergiya nədir?

Allergiya (yunan dilində — yad cismə, maddəyə qarşı reaksiya) – orqanizmdə və ya ətraf mühitdə olan müəyyən maddələrə — allergenlərə qarşı yüksək həssaslıqdır. Son 2 il ərzində allergiyanın yayılma dərəcəsi iki dəfə artıb. Bu, bir çox amillərlə bağlıdır: ekoloji vəziyyətin pisləşməsi, həyat tərzinin və qidalanma vərdişlərinin dəyişməsi, yeni allergenlərin yaranması, stresslər, əmək şəraiti və s. […]

Allergiya (yunan dilində — yad cismə, maddəyə qarşı reaksiya) – orqanizmdə və ya ətraf mühitdə olan müəyyən maddələrə — allergenlərə qarşı yüksək həssaslıqdır. Son 2 il ərzində allergiyanın yayılma dərəcəsi iki dəfə artıb. Bu, bir çox amillərlə bağlıdır: ekoloji vəziyyətin pisləşməsi, həyat tərzinin və qidalanma vərdişlərinin dəyişməsi, yeni allergenlərin yaranması, stresslər, əmək şəraiti və s.

Allergiya – xəstəlik deyil, əsasını ümumi patoloji prosesin təşkil etdiyi müxtəlif xəstəliklər qrupudur. İnsanın immun sistemi allergik reaksiyanın inkişafında əsas rol oynayır. Məhz immun sistemi orqanizmi təhlükəli və yad elementlərdən müdafiə edir. İmmun sisteminin fəaliyyət mexanizmi çox mürəkkəbdir, lakin onun əsasında insan və ya heyvan qanında zərərli elementlərin neytrallaşdırılması üçün anticisimlərin hazırlanması mexanizmi durur. Allergiya baş verdikdə, orqanizmin mühafizəçisi – immun sistemi – icazə verilən özünümüdafiə məhdudiyyətlərini açıq-aydın şəkildə pozur. İmmun sistemi orqanizm üçün ən zərərsiz maddələri təhlükəli hesab edir və onlara həddən artıq reaksiya verərək özünü müdafiə etməyə başlayır. İmmun sisteminin xarici mühit amillərinə məhz bu cür aqressiv cavabı (yüksək həssaslıq) allergiya adlanır və orqanizmin bu cür qeyri-adekvat reaksiyasına səbəb olan antigenlər allergenlər adlanır.

Allergiyanın təzahürləri

Allergiyanın təzahürləri insanın hansı orqanının daha çox təsirə məruz qalmasından asılı olaraq fərqlənir (bəzən allergik reaksiyalar birləşə bilər). Gözlərə təsir edən allergik təzahürlər – allergik konyunktivit, burunun selikli qişasında allergik təzahürlər – allergik rinit, bronxial allergik təzahürlər – bronxial astma, allergik dəri reaksiyası – övrə.

Allergiyanın profilaktikası

Allergiyanın təzahürləri gündəlik həyatı olduqca çətinləşdirir. Buna görə də, allergiyaya şübhə yarandıqda, ailə həkimi və ya allerqoloqla hərtərəfli konsultasiya üçün ətraf mühiti, mümkün allergenləri və qıcıqlandırıcıları, simptomların yaranma vaxtını və davametmə müddətini, habelə onların həyat keyfiyyətinə təsirini qiymətləndirmək vacibdir. Allergiyanın ən səmərəli müalicə üsulu – profilaktikadır. Bu o deməkdir ki, allergeni müəyyən etmək və onunla təmasa yol verməmək lazımdır.