Mövsümilik və histamin əleyhinə preparatlar

Bir çoxları üçün yaz – ilin ən sevimli fəslidir, lakin bəzi insanlar bu mövsümü narahatlıqla gözləyirlər, çünki allergiyanın yenidən kəskinləşəcəyini bilirlər. Lakin yaz – mövsümi allergik rinit və ya ot qızdırması baxımından narahatlıq üçün yeganə fəsil deyildir. Allergenlərin olmadığı yeganə fəsil – qışdır (lakin qış toz gənələrinin, kifin mövcudluğunu və ya heyvanlara qarşı allergiyanı istisna […]

Bir çoxları üçün yaz – ilin ən sevimli fəslidir, lakin bəzi insanlar bu mövsümü narahatlıqla gözləyirlər, çünki allergiyanın yenidən kəskinləşəcəyini bilirlər. Lakin yaz – mövsümi allergik rinit və ya ot qızdırması baxımından narahatlıq üçün yeganə fəsil deyildir. Allergenlərin olmadığı yeganə fəsil – qışdır (lakin qış toz gənələrinin, kifin mövcudluğunu və ya heyvanlara qarşı allergiyanı istisna etmir). Aprel və may  – ağacların (palıd, tozağacı, söyüd) çiçək açdığı aylar, iyun və iyul – tozcuqların və dənli bitkilərin mövsümüdür. Yabanı bitkilərin tozcuqları yayın sonunda, payızın əvvəlində yaranmağa başlayır. Allergen bitkilərin çiçəklənmə proqnozu barədə dəqiq informasiya əldə etmək üçün zied.lv saytına daxil olmaq lazımdır, burada siz müraciət göndərərək zəruri informasiyanı elektron poçt vasitəsilə ala bilərsiniz. Məlumatları allergik xəstəliklərin tədqiqatı və müalicəsi Mərkəzinin Aerobioloji xidməti təqdim edir. Mövsümi allergiyanın təzahürlərinin – zökəmin, gözlərin yaşarmasının, asqırmanın, qaşınmanın –azaldılması üçün özünüzü qorumaq məqsədilə histamin əleyhinə preparatın qablaşmasını əl altında saxlamalısınız. Histamin əleyhinə preparatlar hüceyrələrin ifraz etdiyi xüsusi maddəyə – allergik reaksiyalara və iltihaba səbəb olan histaminə təsir edirlər. Histamin əleyhinə preparatları simptomların yaranmasını nəzarət altında saxlamaq üçün hər gün və ya hər hansı bir simptom yarandıqda qəbul etmək olar. Üçüncü variant – məlum allergenlə təması öncədən bilməklə qabaqcadan histamin əleyhinə preparatı qəbul etməkdir. Histamin əleyhinə preparatlar iki qrupa bölünür: yuxululuq yaradan histamin əleyhinə preparatlar  və bir sıra hallarda yüngül sedativ təsir göstərən histamin əleyhinə preparatlar. Əgər məqsəd istirahət etmək və yatıb yuxunu almaq deyildirsə, yuxululuq yaratmayan və gündəlik işlərlə məşğul olmağa mane olmayan histamin əleyhinə preparat seçməyi tövsiyə edirik.

Mənbə:: www.zied.lv