Allergik rinit

РSağlam ol! Asqırma, zökəm, boğazda qıcıqlanma və gözlərin yaşarması ilə özünü büruzə verən allergiyadan əziyyət çəkən insanlar bu sözləri çox tez-tez eşidirlər. Allergik rinit – müxtəlif kimyəvi maddələrin istifadəsinin artdığı və işlənmiş qazların təmiz havanı əvəz etdiyi sənaye cəhətdən inkişaf etmiş ölkələrin müasir problemidir. Rinitin simptomları o qədər qıcıqlandırıcı və yorucu ola bilir ki, iş […]

РSağlam ol! Asqırma, zökəm, boğazda qıcıqlanma və gözlərin yaşarması ilə özünü büruzə verən allergiyadan əziyyət çəkən insanlar bu sözləri çox tez-tez eşidirlər. Allergik rinit – müxtəlif kimyəvi maddələrin istifadəsinin artdığı və işlənmiş qazların təmiz havanı əvəz etdiyi sənaye cəhətdən inkişaf etmiş ölkələrin müasir problemidir. Rinitin simptomları o qədər qıcıqlandırıcı və yorucu ola bilir ki, iş və ya təhsilə diqqət yetirmək çətinləşir və həyat keyfiyyəti pisləşir.

Allergik rinitin iki növü ayırd edilir.

  • Mövsümi allergik rinit (ot qızdırması) – simptomlar ilin müəyyən fəsillərində, ən çox da yazda, çiçəkləmə zamanı özünü büruzə verir.
  • Müəyyən mövsümdən asılı olmayan allergik rinit – allergiyanın ilin fəsillərindən asılı olmayaraq özünü büruzə verən daimi təzahürləridir. Çox zaman allergiyaya səbəb toz gənəsi və heyvanların epiteli olur.

Allergiya necə yaranır? Allergenlər (tənəffüs yollarını qıcıqlandıran maddələr) buruna, boğaza və gözlərə daxil olur və xüsusi hüceyrələri (tosqun hüceyrələri) aktivləşdirir. Bu hüceyrələr histamin – yuxarıda göstərilən simptomların yaranmasına səbəb olan maddə ifraz edirlər.  

Nələr allergen ola bilər? Bunlar – ağacların və digər bitkilərin tozcuqları, toz gənəsi, kif, pişiklər, itlər, atlar və ya quşlar, qida məhsulları (məsələn, süd, qoz-fındıq, pomidor, yumurta) ola bilər. Təəssüf ki, bəzi hallarda allergiyanın əsl səbəbini üzə çıxarmaq çox çətin olur və o, naməlum qala bilir.

Allergik rinitin simptomlarını nə şiddətləndirə bilər? Əsasən, müxtəlif kimyəvi maddələr, məsələn, siqaret tüstüsü, boyalar, lak, kosmetik vasitələr, aspirin. Bəzən simptomların şiddətlənməsinin səbəbi emosional gərginlik, alkoqol qəbulu, sərin və rütubətli hava, otaqda hava kondisionerinin mövcudluğu ola bilər. 

Allergik rinit necə müalicə olunur? Bu xəstəliyin tamamilə müalicə olunmasının mümkün olmamasına baxmayaraq, müasir tibdə simptomların yüngülləşdirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün üsullar işlənib hazırlanmışdır.

  • Allergenlərlə təmasdan çəkin! Əgər allergiyaya məhz nəyin səbəb olduğunu bilirsənsə, həmin maddə ilə təmasdan çəkinməyə çalış. Çiçəklənmə zamanı daha çox evdə qal, tozcuqların miqdarı və yayılması barədə məlumatları sosial şəbəkələrdə izlə (hazırkı dövrdə aktiv olan tozcuq növünün və onun konsentrasiyasının göstərildiyi xüsusi saytları tap), gözlərini sərin su ilə yu. Toz gənələrinin mənbələri yataq örtükləri, yumşaq mebel, yumşaq oyuncaqlar, xalçalardır. Evini elə düzənlə ki, toz gənələrinin məskunlaşması üçün münasib mühit mümkün qədər az olsun. Evdə heyvanlar olmamalıdır. Siqaret çəkmə və ətrafdakılardan da bunu xahiş et.
  • Özünə kömək et! Sağlam və balanslaşdırılmış qidalanmanın köməyi ilə özünü formada saxla, ayaqüstü qidalanma müəssisələrinə getmə. İdmanla məşğul olmaq, istirahət və güclərin bərpası arasında müsbət balansı tap. Həkim tərəfindən təyin edilmədikləri halda, dekongestantlardan (burun üçün damcılar və spreylər) uzun müddətli istifadə etməməyə çalış. Onlar əvvəlcə simptomları azaldırlar, lakin uzun müddət istifadə edildikləri zaman əks təsirə malik ola bilərlər.
  • ВHəkim və ya əczaçı simptomların ağırlıq dərəcəsinə uyğun olan dərmanları tövsiyə edəcəkdir. Bunlar reseptlə və ya reseptsiz buraxılan dərman vasitələri ola bilər. Allergik rinitin müalicəsi üçün istifadə edilən dərmanların əsas qruplarından biri histamin əleyhinə preparatlardır.

Mənbələr: Murghtag’s Patient Education 6th Edition