Allergiyanın simptomları

Allergiyanın təzahürləri

İnsanın hansı orqanının daha çox təsirə məruz qalmasından asılı olaraq, allergiya müxtəlif üsullarla özünü büruzə verir (bəzən allergik reaksiyalar kombinə oluna bilərlər). Gözlərin allergik zədələnməsi – allergik konyunktivit, burnun selikli qişasının allergik zədələnməsi – allergik zökəm (rinit), bronxların allergik zədələnməsi – bronxial astma, dərinin allergik zədələnməsi – övrə. 

Allergiya ilə mübarizə

Allergiyanın təzahürləri gündəlik məşğuliyyətlərə güclü təsir edə bilərlər. Buna görə də, allergiyaya şübhə yarandıqda ailə həkimi və ya allerqoloqla məsləhətləşmək üçün ətraf mühiti, mümkün allergenləri və qıcıqlandırıcıları, simptomların yaranma vaxtını və  onların davametmə müddətini, habelə onların həyat keyfiyyətinə təsirini qiymətləndirmək lazımdır. Allergiyanın ən səmərəli müalicə üsulu – onun profilaktikasıdır. Bu o deməkdir ki, nələrin allergen olduğunu bilmək və onunla təmasdan qaçınmaq lazımdır.