Allergenlər

Məişət allergenləri

Məişət allergenləri

Ev tozunun tərkibində göbələk, bitki lifləri, qida hissəcikləri, həşəratların ifrazatları, insan və heyvan dərisinin (epidermisin) hissəcikləri vardır. Bu tozun tərkibində müstəsna dərəcədə güclü allergik xüsusiyyətlərə malik olan gənələr də (hətta ölü) yaşayır. Gənələrlə zəngin olan bu cür toz xüsusən yumşaq mebeldə, döşəklərdə, yastıqlarda, ədyallarda və xalçalarda toplanır.
Çiçək tozcuqları

Çiçək tozcuqları

Aşağıdakı bitkilər allergen ola bilərlər: ağaclar və kollar – tozağacı, qızılağac, fındıq ağacı, palıd, ağcaqayın, qovaq, göyrüş, qarağac və başqaları; taxıl otları – pişikquyruğu, yulaf, qırtıc, taxıl cücərtiləri, yağı otu, çovdar, qarabaşaq, buğda və başqaları; alaq otları – zəncirotu, çətənə, gicitkən, yovşan, qaymaqçiçəyi və başqaları. Bu bitkilərin çiçəklənmə dövrünə müvafiq olaraq, allergik xəstəliklərin üç kəskinləşmə dövrü vardır: birincisi – yazda, ağacların çiçəklədiyi dövrdə (aprel, may), ikincisi – yayda, tozcuqlar və taxıl bitkiləri (iyun, iyul), üçüncüsü – payızda, alaq otlarının tozcuqları (avqust – oktyabr).
Heyvan allergenləri

Heyvan allergenləri

Çox zaman allergiyanı itlərin və pişiklərin dərilərinin hissəcikləri, habelə mebel və yastıqlar üçün doldurucu qismində istifadə edilən yun yaradır. Heyvanların ağız suyuna və sidiyinə qarşı da allergiya ola bilər. Xüsusilə də həm qısatüklü, həm də uzuntüklü pişiklər çox təhlükəlidir. Allergiyanın ən çox rast gəlinən səbəbi həşəratlar, xüsusən evdəki toz gənələri və tarakanlar, az dərəcədə güvə, qarışqalar və digər həşəratlar olur.
Bitki allergenləri

Bitki allergenləri

Allergiyanın istənilən qida məhsuluna qarşı yarana bilməsinə baxmayaraq, ən çox yayılmış allergenlər – süd, yumurta, balıq, xərçəngkimilər, soya, buğda və qoz-fındıq, xüsusilə yerfındığıdır. Bir allergenin nəticəsi olan çarpaz allergiya da mövcuddur. Məsələn, yerfındığına allergiyası olan insanlarda, digər paxlalı bitkilərə, məsələn, noxuda, soya paxlalarına, mərciməyə qarşı da allergiya yarana bilər. Qarpıza allergiyası olan insanlarda zaman keçdikcə xiyar və balqabağa qarşı, krevetlərə allergiya olduğu halda isə yengəclərə qarşı allergiya yarana bilər. Bəzi insanlarda qida məhsullarının, məsələn, quru meyvələrin və quru tərəvəzlərin rənginin qorunub saxlanması üçün istifadə edilən kimyəvi maddələrə  - sulfitlərə qarşı allergiya yaranır. Reaksiya tərkibində sulfitlər olan yemək qəbulundan sonra tənəffüsün çətinləşməsi və ya şok kimi özünü büruzə verir. Sulfitlər həmçinin ağır astma tutmalarına da səbəb ola bilərlər.
Göbələk allergenləri

Göbələk allergenləri

Göbələklər – həm mənzildə, həm də ətraf mühitdə yaşayan mikroorqanizmlərdir. Mənzildə göbələk başlıca olaraq, divarların köhnə haşiyələrində, hava nəmləndiricilərində, vanna otaqlarında, vanna otağındakı pərdələrdə, sanitariya texnikasında, zibil yeşiklərində, qida qalıqları konteynerlərində, habelə rütubətli zirzəmilərdə rast gəlinirlər. Göbələklər ətraf mühitdə geniş yayılmışlar. Onlar havada, torpaqda, duzlu və şirin sularda ola bilərlər. Allergik xəstəliyin kəskinləşməsi meşədə, bağda gəzintidən sonra, quru ot, taxıl, yarpaq yığımından sonra, xüsusilə də rütubətli və isti yayda və ya payızda xəzandan sonra baş verə bilər. Mikroorqanizm göbələklərə qarşı allergiyanın olub – olmamasını bilmək çox mühümdür, çünki bu zaman hazırlanması zamanı fermentləşmədən istifadə edilən qida məhsullarına: süd məhsullarına (yoğurt, xama, müxtəlif yumşaq pendirlər – Rokfor, Kamamber, Çedder), maya və xəmir məmulatlarına (təzə buğda və çovdar çörəyi, bulkalar), kələm, hisə verilmiş ət və ya balıq, pivə, alkoqolsuz içkilər və s. qarşı  insanda allergiya yarana bilər. Göbələyə qarşı allergiyası olan digər insanlarda penisillin qrupundan olan antibiotiklərə qarşı dözümsüzlük müşahidə edilmişdir.